İran Prezidenti gələn həftə Bakıya gəlir

   İran Prezidenti gələn həftə Bakıya gəlir
  05 Noyabr 2024    Oxunub:1112
İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
Bunu İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi İRNA agentliyinə açıqlamasında deyib. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti