Miller: "10 min KXDR hərbçisi Kurska köçürülüb"

      Miller:    "10 min KXDR hərbçisi Kurska köçürülüb"
  05 Noyabr 2024    Oxunub:1226
ABŞ administrasiyası 10 min Şimali Koreya əsgərinin Kursk bölgəsində yerləşdirildiyini iddia edir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə bu məsələyə toxunub.

Vaşinqton: “Üçüncü ölkələr Ukraynaya girə bilər”
O, Şimali Koreya qoşunlarının Rusiyada olması və bu cür hərbi yerləşdirmələrin məqsədləri barədə Qərbin fərziyyələrini şərh edərkən diqqət çəkən fikirlər səsləndirib. Miller Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakından saytlardan xəbərdar olduğunu, lakin onların həqiqiliyini təsdiq edən faktlar tapılmadığını söyləyib.

"Biz belə hesab edirik ki, 10 min hərbi personal artıq Kurska çatıb. Onlar yaxın günlərdə döyüşlərə qatıla bilərlər. Əgər bu baş verərsə, onlar qanuni hərbi hədəfə çevriləcəklər",- bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   KXDR  





Xəbər lenti