ABŞ-da terror aktının qarşısı alınıb

   ABŞ-da terror aktının qarşısı alınıb
  05 Noyabr 2024    Oxunub:864
ABŞ-nin Tennessi ştatının sakini Skayler Fillipi kütləvi qırğın silahlarından istifadə etməyə və enerji infrastrukturu obyektini dağıtmağa cəhddə günahlandırılaraq həbs olunub.
AzVision.az ABŞ-nin Ədliyyə nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 24 yaşlı Fillippi partlayıcılarla təchiz olunmuş pilotsuz uçan aparat (PUA) vasitəsi ilə Neşvildə elektrik stansiyasına hücum etməyi planlaşdırıb.

Federal Təhlükəsizlik Bürosu (FTB) cinayətkarın planını o, PUA-nı pilotsuz uçan aparatı işə salmağa hazırlaşarkən poza bilib. ABŞ-nin cənubunda yerləşən Neşvill şəhəri Tennessi ştatının paytaxtı və Deyvidson dairəsinin mərkəzidir.

Departamentin məlumatına görə, Fillipi digər infrastrukturlara hücumları da müzakirə edib və kütləvi qırğın üçün partlayıcı qurğulardan istifadə etməyə hazır olmasından danışıb.

Qeyd edək ki, bu gün ABŞ-də keçirilən seçkilər ərəfəsində FTB səsvermə ilə bağlı təhdidləri izləmək və onlara cavab vermək üçün səsvermə öncəsi Vaşinqtonda komanda məntəqəsi yaradıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   terrror   FTB  





Xəbər lenti