HƏMAS: "Tramp vədini yerinə yetirməlidir"

      HƏMAS:    "Tramp vədini yerinə yetirməlidir"
  06 Noyabr 2024    Oxunub:1006
"ABŞ-nin yeni prezidenti Donald Tramp müharibəni bir neçə saat ərzində dayandırmaq vədinin hansı dərəcədə real olduğunu göstərməlidir".
Bu sözləri Fələstinin HƏMAS terror təşkilatının sözçüsü Sami Əbu Zöhri "Reuters"ə açıqlamasında bildirib.

"Trampı sabiq prezident Co Baydenin səhvlərindən dərs almağa çağırırıq", - o deyib.
Conson: "Tramp ABŞ Prezidenti seçilib"

Bu gün prezident seçkilərində qalib gələn Donald Tramp öz seçki kampaniyası ərzində mütəmadi vurğulayırdı ki, istər Ukraynadakı, istərsə də Qəzza zolağındakı müharibələri 24 saat ərzində dayandıra bilər. Hazırda onun bu istiqamətdə hansı addımlar atacağı bütün dünya ictimaiyyətinin diqqətindədir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   ABŞ   Tramp   sülh  





Xəbər lenti