Trampın İrana ilk zərbəsi: Rial kəskin düşdü

Trampın İrana ilk zərbəsi:    Rial kəskin düşdü
  07 Noyabr 2024    Oxunub:989
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin fonunda İranın milli valyutası kəskin dəyər itirərək, tarixi minimumlarını təzələyib. Dünən axşam 1 dollara görə 703.000 rial təklif olunurdu.
İranın Mərkəzi bankı vəziyyəti düzəltmək üçün bazara intervensiyalar etməyə cəhd göstərib. Rialın enişinin səbəbi tam aydın olmasa da, ekspertlərin fikrincə, bu, Trampın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözləntisilə bağlıdır.

2015-ci ildə İran Qərb dövlətlərilə nüvə anlaşmasına gedəndə 1 dolların məzənnəsi 32.000 rial olub. Davam edən sanksiyalar ölkənin valyutasını ildən-ilə zəiflədib. İranın yeni prezidenti Məsud Pezeşkianın verdiyi vədlərdən biri də rialın dollara nisbətdə kursunu 584,000-ə qədər qaldırmaq idi.

1979-cu ilin İslam İnqilabından əvvəl 1 dollar 70 rial olub.

Samir Quliyev
AzVision.az


Teqlər: İran   Rial  





Xəbər lenti