Putinin köməkçisi Trampı Bakıda görmək istəyir

   Putinin köməkçisi Trampı    Bakıda    görmək istəyir
  07 Noyabr 2024    Oxunub:605
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Ruslan Edelgeriyev Azərbaycanda keçiriləcək BMT-nin iqlim sammitində - COP29-da Donald Trampı görmək istədiyini bildirib.
AzVision.az xəbər verir ki, rusiyalı məmur Valday Forumu çərçivəsində “Rossiya 24” telekanalına müsahibəsində belə deyib.

“Tramp deyirdi ki, hələ andiçmə mərasimindən əvvəl çox şey edəcək. Onda COP29 BMT-nin keçirdiyi ilk beynəlxalq tədbirdir və burada həm ölkə prezidenti, həm də istənilən vətəndaş iştirak edə bilər. İndi, məncə, COP29, sədrlik edən tərəf yeni seçilmiş prezidentə dəvət göndərəcək. O, andiçmə mərasimindən əvvəl gələ bilər”, - Rusiya prezidentinin köməkçisi vurğulayıb.

O, Trampla Paris razılaşmasından çıxmağı və ətraf mühitin mühafizəsini müzakirə etməyə hazırdır.

- Biz heç olmasa ona Paris Sazişindən çıxıb-çıxmayacağı ilə bağlı suallar verəcəyik, çünki onlarda inflyasiyanın azaldılması ilə bağlı böyük, bədnam qanunu var, burada iqtisadiyyata çox milyardlıq resurslar yatırıblar. Bu onlarda necə işləyir? Qoy öz təcrübəsini bölüşsün. Karbon bazarları ilə bağlı izahat versin, çünki bu gün hər şey, malların tarifləşdirilməsi çox birtərəfli qaydada gedir”, - Edelgeriyev bildirib.

“Dünyanın bir nömrəli iqtisadiyyatının necə işlədiyi” ilə maraqlandığını deyən rusiyalı məmur Trampın bununla bağlı izahat verməli olduğunu düşündüyünü vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Edekgeriyev   Tramp   Bakı  





Xəbər lenti