Kiyev Trampın qələbəsinə görə daha çox itirəcək - "NBC"

Kiyev Trampın qələbəsinə görə daha çox itirəcək    - "NBC"
  07 Noyabr 2024    Oxunub:863
Respublikaçı Donald Trampın ABŞ seçkilərində qələbə qazanması nəticəsində Ukrayna daha çox şey itirə bilər. Bu barədə NBC telekanalı məlumat yayıb.
Məqalədə qeyd edilib ki, Avropa ölkələri Trampın qələbəsindən xeyli narahatdırlar. Xüsusən də söhbət NATO-nun gələcəyindən gedir.
"Ukrayna yeni reallıqdan qorxur. Kiyev rəsmiləri ABŞ-nin yardımlarından məhrum olmaqdan da qorxur ki, bütün bunlar da onları danışıqlar masası arxasına oturmağa məcbur edəcək",- məqalədə yazılıb.

Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, Trampın mümkün qələbəsi Ukrayna ilə bağlı qeyri-müəyyənlikləri daha da artıracaq.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp qalib gəlib. O, seçkidən əvvəl demişdi ki, seçiləcəyi təqdirdə ən yaxın tərəfdarlarına - milyarder İlon Maska və siyasətçi Robert Kennediyə vəzifələr veriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti