Moskva: “Ermənistan intihara sürüklənir”

 Moskva:    “Ermənistan intihara sürüklənir”
  07 Noyabr 2024    Oxunub:708
ABŞ Dövlət Departamentində Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarını stimullaşdırmaq üçün işləri nəzərəçarpacaq dərəcədə sürətləndiriblər.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin (XKİ) bəyanatında Vaşinqtonun Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərə əsasən, nəhayət, Ermənistanı da qərbyönlü inkişaf kursuna yönləndirmək istədiyi bildirilir.

“Birləşmiş Ştatlar Ermənistanı milli intihara sövq edir, İrəvanı dəyərlərdən, ənənələrdən və sərfəli iqtisadi əlaqələrdən əl çəkməyə doğru aparır. Vaşinqton Ermənistanın Rusiya, Avrasiya İqtisadi İttifaqı və KTMT ilə əməkdaşlığını gözdən salmaq üçün təbliğat kampaniyası aparmaq niyyətindədir”, - Rusiya XKİ-si xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti