"İran Zəngəzurdakı infrastruktur layihələrində iştirakını artırır" - Qukasyan
"İran tərəfi ilə əməkdaşlıq mühüm sahələri, o cümlədən yol tikintisi və mədən işlərini əhatə edir. Həmçinin, Şimal-Cənub layihəsi hər iki ölkə üçün əsas, açar rolunu oynayır", - Qukasyan vurğulayıb.
Son bir ildə həm Zəngəzurda, həm də İrəvanda haqqında söz açılan sahələr üzrə mühüm görüşlər keçirilib. Qubernator qeyd edib ki, “Şimal-Cənub” layihəsinin uğurla həyata keçirilməsi üçün Ermənistan öz infrastrukturunu modernləşdirməli olacaq: "Bu isə İranla nəqliyyat əlaqələrini asanlaşdıracaq və sərhəddə imkanları artıracaq".
Tural Tağıyev
AzVision.az
Teqlər: