"Sülh müqaviləsinin bütün mətni razılaşdırılmayıb" - Ermənistan XİN

"Sülh müqaviləsinin bütün mətni razılaşdırılmayıb"    - Ermənistan XİN
  07 Noyabr 2024    Oxunub:678
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sülh mövzusunda açıqlamalar verib.
O, jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan hələlik sülh müqaviləsinin bütün mətni üzrə razılıq əldə edə bilməyib.
“Hazırda sazişin bütün bəndləri üzrə yekun razılıq yoxdur”, - Kostanyan bildirib.

Sputnik Armneiya yazıb ki, Kostanyan razılaşdırılmamış məqamlarla bağlı danışıqların hələ də davam etdiyini söyləyib. Eyni zamanda, Ermənistan Konstitusiyasında dəyişiklik məsələsi sülh müqaviləsinin bəndi sayılmır.
Nazir müavini qeyd edib ki, Ermənistan sonuncu dəfə Azərbaycana 16 bəndlik paket göndərib.

Kostanyan Bakıda keçiriləcək COP29 sammitində iştirakla bağlı qərarın da olmadığını söyləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti