Rus döyüşçülər KXDR-in it əti konservləri ilə qidalanırlar - "BILD"(Video)

   Rus döyüşçülər KXDR-in it əti konservləri ilə qidalanırlar    - "BILD"(Video)
  07 Noyabr 2024    Oxunub:815
Ruslar cəbhədə Şimali Koreyadan gətirilən konservləşdirilmiş it əti ilə qidalanırlar.
Qərb mətbuatının yaydığı məlumata görə, Şimali Koreya it əti konservləri istehsal edir. Bu cür məhsullar KXDR-də zülal mənbəyi, xüsusən də ordunun qida rasionunun ayrılmas hissəsi kimi istifadə olunur. Bu cür konservlərin hazırda Rusiya əsgərləri ilə birlikdə Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçilərinə göndərilməsi barədə də məlumatlar var.

Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır - "The Times"
"Rus əsgərləri artıq it ətinə "qonaq ediliblər". Bu, bəzi işğalçılar arasında mənfi reaksiyaya səbəb oldu", - BILD yazıb.

Nəşrin məlumatına görə, hazırda Rusiya əsgərlərinin Şimali Koreyadan gətirilmiş konserv yeməkləri ilə bağlı çəkdikləri videolar sosial şəbəkələrdə surətlə yayılır. Konservlərin üstünə Koreya dilində "İt əti Nureonggi" yazılıb: "Nureonq Koreya sarı şpitsi kimi də tanınan xüsusi it cinsidir. Koreyalılar onları yemək üçün yetişdirirlər. Konservləşdirilmiş qidanın üzərində də qeyd edilib ki, "Bu məhsul yalnız KXDR ordusu üçündür".

Yayılan videolardan biri isə xüsusi diqqət çəkir. Rus əsgəri çörəyin üzərinə paştet kimi olan əti yayaraq sendviç hazırlayıb yeyir. Digər görüntüdə isə Rusiya Silahlı Qüvvələrinin əsgəri həmkarlarına “bu lənətə gəlmiş it ətini” yeməmək barədə xəbərdarlıq edir.

Cənubi Koreya mətbuatının yaydığı məlumata görə, KXDR hökuməti uzun müddətdir ki, it ətinin istehlakını təşviq edir. Hətta bu yaxınlarda Pxenyanda restoranlarda it ətinin bişirilməsinə dair milli müsabiqə keçirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Konserv   İt   KXDR  





Xəbər lenti