Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyini deyib

Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyini deyib
  07 Noyabr 2024    Oxunub:240
ABŞ prezidenti Co Bayden hakimiyyəti dinc yolla 2025-ci il yanvarın 20-də andiçmə mərasimi ilə yeni seçilmiş prezident Donald Trampa ötürəcək.

AzVision.az xəbər verir ki, Bayden bunu ölkədəki prezident seçkilərinin nəticələrindən sonra həmvətənlərinə müraciəti zamanı deyib.

“Mən dünən seçilmiş prezident Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim və onu əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün onun komandası ilə işləməyə istiqamətləndirəcəyəm” – deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti