Kərim Xan cinsi təqibdə günahlandırılır

   Kərim Xan    cinsi təqibdə    günahlandırılır
  09 Noyabr 2024    Oxunub:771
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ofis işçisinə qarşı cinsi təqibdə şübhəli bilinən öz baş prokuroru Əhməd Kərim Xana qarşı istintaqa başlayır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.
Bundan əvvəl ICC-nin Roma Statuna üzv olan dövlətlərin Assambleyası Kərim Xan tərəfindən ofisinin əməkdaşlarından birinə qarşı mümkün pozuntulardan xəbərdar olduğunu təsdiqləsə də, insidentin təfərrüatları açıqlanmayıb.

“ICC Kərim Xanın işi ilə bağlı qurumdan xaric araşdırma aparmaq niyyətindədir. İştirakçı ölkələr arasında yayımlanan sənəddə Xanın istintaq zamanı səlahiyyətlərini müvəqqəti olaraq tərk etməsi təklifinə də toxunulur. İttihamları rədd edən prokurorun özü daxili araşdırma aparılmasında israrlıdır”, - agentlik yazır.

Maraqlıdır ki, məhz britaniyalı hüquqşünas Əhməd Kərim Xan ICC-nin prokuroru kimi Rusiya prezidenti Vladimir Putinin və İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verib.
Belə yerdə “O tempora, o mores! (eh dövrlər, eh əxlaqlar)” məşhur qədim latın müdrik kəlamı yada düşür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: KərimXan   təqib   ittiham  





Xəbər lenti