Nazirin görüşü təxirə salındı

Nazirin görüşü təxirə salındı
  20 Aprel 2013    Oxunub:1509
Bu gün Təhsil naziri Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul etməli idi. Dünən bu vəzifədən azad olunması ilə əlaqədar isə görüş təxirə salınıb.
Bu gün keçmiş təhsil naziri Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul etməli idi. AzVision.az-ın məlumatına görə, dünən ölkə prezidentinin imzaladığı sərəncama əsasən nazir tutduğu vəzifədən azad olunub. Bununla da bu gün saat 10:00-da təhsil nazirinin Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul etməsi təxirə düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti