Merts Putinə ultimatum vermək niyyətindədir

Merts Putinə    ultimatum    vermək niyyətindədir
  12 Noyabr 2024    Oxunub:505
“Seçiləcəyim təqdirdə Ukraynadakı müharibənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına hazıram”.
AzVision.az Almaniyanın “Stern” jurnalına istinadən xəbər verir ki, “Xristian-Demokrat İttifaqı”nın lideri və ölkənin kansleri vəzifəsinə namizəd olan Fridrix Merts belə deyib.

“Əgər səbəb yaranarsa və Avropa və transatlantik tərəfdaşlar arasında razılıq əldə olunarsa, təbii ki, mən buna hazııram”, - Merts jurnala müsahibəsində deyib.

Merts Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya ultimatum verməyə hazır olduğunu açıqlayıb. O, həmçinin bildirib ki, əgər buna 24 saat ərzində nail olunmasa, Ukraynaya “Taurus” qanadlı raketləri verməyə və Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyə hazırdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Merts   Putin   ultimatum  





Xəbər lenti