İrakli Kobaxidze: COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir

      İrakli Kobaxidze:    COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir
  12 Noyabr 2024    Oxunub:554
Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb. Hökumət başçısı qeyd edib ki, BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı (COP29 nəzərdə tutulur – red.) Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.

“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri və davamlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik”, – deyə Baş nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti