Tramp Ukrayna üzrə yeni alyans yaradacaq

Tramp Ukrayna üzrə    yeni alyans    yaradacaq
  13 Noyabr 2024    Oxunub:417
ABŞ-nin prezidenti seçilmiş Donald Trampın rəhbərlik etdiyi yeni ittifaqın təsiri altında Qərbdən Ukraynaya verilən yardım dayandırıla bilər.
AzVision.az xəbər verir ki, “The Independent” qəzetində dərc olunan məqlədə belə deyilir.

“Donald Tramp, Macarıstanın sağçı baş naziri Viktor Orban və Roma Papası Fransiskin təəccüblü üçlüyü Ukraynaya davamlı dəstəyin ümidinə son verə bilər”, - qəzet yazır.

Materialda bildirilir ki, son illər Macarıstan Qərb qonşuları arasında Ukraynadakı münaqişəyə son qoymaq istəyində praktiki olaraq tək qalıb və onun mövqeyini bölüşən yeganə şəxs Papa Fransiskdir.

- Amerikanın yeni prezidenti və Macarıstan rəhbərliyinin fikirləri bir sıra məsələlərdə, o cümlədən sülh məsələlərində üst-üstə düşdüyündən əməkdaşlıq üçün yeni imkanlar yaranıb”, - materialda vurğulanır.

Donald Trampın ABŞ-da prezident seçkilərindəki qələbəsindən sonra Viktor Orban Macarıstanın təcrid olunmasının başa çatdığını və Avropa İttifaqı (Aİ) liderləri arasında ehtiyatla Ukraynanı maliyyələşdirmək istəyindən sülh yolu ilə nizamlanmaya keçənlərin sayının artdığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Orban   Papa  





Xəbər lenti