WSJ: “Tramp “hərbi şura” yaratmağa hazırlaşır”

   WSJ: “Tramp    “hərbi şura”    yaratmağa hazırlaşır”
  13 Noyabr 2024    Oxunub:684
Donald Trampın komandası üç və dörd ulduzlu yüksək rütbəli zabitlərin (general-leytenantlar və generallar – red. ) işlərinə baxmaq və rəhbərliyi qane etməyənlərin vəzifədən kənarlaşdırılmasını məsləhət görmək səlahiyyətlərinə malik yüksək rütbəli istefada olan hərbçilərdən ibarət “hərbi şura”nın yaradılması sərəncamı üzərində işləyir.
xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri sözügedən sərəncamın mətninə istinadən belə məlumat yayıb.

“Tramp sərəncamı təsdiqləsə, bu, “lazımi liderlik keyfiyyətlərinə malik olmayan” generalların və admiralların vəzifədən uzaqlaşdırılmasını sürətləndirə bilər. Respublikaçı daha əvvəl döyüş hazırlığı hesabına sıralarda “müxtəlifliyi” təşviq edən zabitləri nəzərdə tutaraq, “yuxulu generalları” işdən çıxaracağına söz vermişdi”, - materilada deyilir.

Sənədin layihəsində layihəsində deyilir ki, sərəncam namizədləri nəzərdən keçirmək məqsədi daşıyır və onların “liderlik qabiliyyətləri, strateji hazırlığı və hərbi mükəmməlliyə sadiqliyinə” diqqət yetirir. Bununla belə, zabitlərin standartlara uyğun gəldiklərini üçün konkret nə etməli olduqları göstərilmir.

“Hərbi şura”nın istefada olan generallar və sıravi zabitlərdən formalaşacağı və onların öz tövsiyələrini prezidentə göndərəcəkləri ehtimal edilir. İşdən uzaqlaşdırılması barədə qərar verilənlər 30 gün ərzində hazırkı rütbəsi ilə təqaüdə çıxacaqlar.

- Trampın ABŞ qoşunlarının Əfqanıstandan uğursuz çıxarılmasında günahkar hesab etdiyi generallar təmizlənə bilərlər”, - nəşrin mənbələri vurğulayıblar.

WSJ qeyd edir ki, baş komandan kimi Tramp artıq öz mülahizəsinə uyğun olaraq istənilən generalı işdən çıxara biləcək, lakin prezidentlər bunu nadir hallarda edirlər. Bu baxımdan, yeni “hərbi şura” adi sistemdən yan keçərək, “təmizləmələr” apara biləcək.

Qeyd edək ki, Donald Tramp prezident seçkilərində qalib gələcəyi halda başqa məsələlərlə yanaşı, Ukraynadakı münaqişəni hələ rəsmi qaydada vəzifəyə başlamazdan əvvəl dayandıracağını, İsrailə hərtərəfli dəstəyi davam etdirəcəyini və münaqişənin sona çatmasına nail olacağını, NATO-nun “məqsədi və missiyasını kökündən nəzərdən keçirəcəyini”, həmçinin ölkələrindən Ukraynaya göndərilən sursata görə ABŞ-yə “təxminən 200 milyard dollar təzminat ödəməsini" tələb edəcəyini bildirib.

Yeri gəlmişkən, Amerika mediası və Donald Trampın əvvəlki prezidentliyi dövründə onun Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton Trampın Ağ Evə qayıdacağı təqdirdə ABŞ-ni alyansdan çıxarmaq qərarına gələ biləcəyi barədə xəbərdarlıq ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   generallar  





Xəbər lenti