ABŞ-nin büdcə kəsiri il ərzində 4 dəfə artaraq 250 milyard dolları ötüb - "Reuters"

ABŞ-nin büdcə kəsiri il ərzində 4 dəfə artaraq 250 milyard dolları ötüb    - "Reuters"
  14 Noyabr 2024    Oxunub:892
Oktyabrın sonunda ABŞ-nin büdcə kəsiri 257 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən təxminən dörd dəfə çoxdur.
Bu fikirlər "Reuters"də dərc olunan məqalədəndir.

Nəşr müqayisə üçün xatırladıb ki, ötən ilin oktyabrında ABŞ-nin büdcə kəsiri 67 milyard dollar olub.
Keçən ay prezident Cozef Bayden administrasiyası ABŞ-nin 2024-cü maliyyə ili üçün büdcə kəsiri barədə məlumat yaymışdı. Məlumatda 1,83 trilyon dollardan söhbət açılıb. Bu, pandemiyanın başlanmasından bəri ən yüksək göstərici sayılıb. Üstəlik, tarixdə üçüncü ən yüksək göstəricidir.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti