Orban: "Bayden administrasiyası Kiyevə hərbi dəstəyi dayandırmalıdır"

   Orban:    "Bayden administrasiyası Kiyevə hərbi dəstəyi dayandırmalıdır"
  15 Noyabr 2024    Oxunub:195
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına az müddət qaldığı bir vaxtda hakimiyyətdən gedən Cozef Bayden administrasiyası Ukraynaya hərbi dəstəyi dayandırmalıdır".
Bu fikri Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

Kobaxidze Ukrayna münaqişəsinin tezliklə bitəcəyini istisna etməyib
O qeyd edib ki, Amerikada Ukrayna münaqişəsi ilə bağlı gələcək siyasətlə dair müzakirələr aktiv şəkildə davam etdirilir: “Onları qiymətləndirmək mənim işim deyil. Amma onların konstitusiya sistemində belə bir qəribəlik var: prezident noyabrda seçilir və o, yalnız yanvarın 20-də vəzifəsinin icrasına başlaya bilər. Bu iki tarix arasında baş verənlər adətən hamını o qədər də narahat etmir. Lakin indi hakimiyyətdə olan ABŞ administrasiyası müharibə, seçkilərin qalibi isə sülh partiyasına aiddir. Burada müəyyən suallar yaranır”, - deyə Macarıstan lideri bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Orban   Bayden   Ukrayna  





Xəbər lenti