Möhsen Rezai: “Üçüncü Dünya müharibəsi istisna deyil”

  Möhsen Rezai:  “Üçüncü Dünya müharibəsi istisna deyil”
  16 Noyabr 2024    Oxunub:229
SEPAH-ın keçmiş baş komandanı Möhsün Rezai Üçüncü Dünya müharibəsi ehtimalının mövcud olduğunu bildirib.
AzVision.az
xəbər verir ki, hazırda İranın məqsədəuyğunluq siyasətini müəyyənləşdirən şuranın katibi vəzifəsini tutan Rezai belə ssenarinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti və İslam dünyasının rolunun vacib olduğunu vurğulayıb.

“Dünya birliyi və müsəlman ölkələri ABŞ və İsraili dayandırmasa, Üçüncü Dünya müharibəsinin başlama ehtimalı reallaşır. Onlar Dəməşqdəki konsulluğumuza hücum etdilər - bu, Həqiqi vəd 1” əməliyyatına səbəb oldu. Daha sonra şəhid Haniyə (keçmiş HƏMAS lideri İsmayıl Haniyə) öldürüldü və “Həqiqi vəd 2” əməliyyatı başladı. İndi onlar İrana raket zərbəsi endiriblər və biz “Həqiqi vəd 3” əməliyyatını hazırlayırıq”, - SEPAH-ın sabiq baş komandanı xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: İran   ABŞ   İsrail   müharibə  





Xəbər lenti