Ukraynanın enerji infrastrukturuna kütləvi hava hücumu olub
Zelenski bildirib ki, gecə və səhər saatlarında Rusiya ordusu müxtəlif tipli pilotsuz uçuş aparatlarından, o cümlədən “Şahed” dronundan, qanadlı, “Zirkon”, “İskəndər” və “Kinjal” ballistik və aeroballistik raketlərdən istifadə ediblər.
Zelenski əlavə edib ki, hazırda enerji verilişi dayanan ərazilər var və hücumun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi qüvvələr səfərbər edilib.
Bir çox ərazilərdə partlayışlar və hava hücumundan müdafiə vasitələri işə düşüb. Nikolaev, Dnepr, Rivne, Volın, İvano-Frankovsk, Lvov, Vinnitsa vilayətlərində dağıntılar qeydə alınıb.
Kiyevdə dağıntılar nəticəsində bir nəfər xəsarət alıb.
Enerji obyektlərinə hücumla əlaqədar bütün Ukraynada elektrik enerjisi kəsilib. Bəzi şəhərlərin su təchizatında problemlər yaşanır.
AzVision.az
Teqlər: