Paşinyan istefa şousuna münasibət bildirib

Paşinyan istefa şousuna münasibət bildirib
  18 Noyabr 2024    Oxunub:291
Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər. Müxalif media bunu baş nazir Nikol Paşinyanın seçkiöncəsi şousu kimi qiymətləndirir.
Nikol Paşinyan isə sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olan məmur şousuna bu gün münasibət bildirib. O, sosial şəbəkə hesabında yüksək rütbəli məmurların istefa dalğasını şərh edib. Baş nazir vəzifəli şəxslərin öz postlarından getməsinin təşəbbüskarının məhz özünün olduğunu təsdiqləyib.

“Cəmiyyətimizdəki fəal müzakirələri nəzərə alaraq, bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən getməsini xahiş etdim”, - Ermənistan rəhbəri yazıb.
Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə bağlı olmayıb. Səbəb əvvəllər də söz açdığı sistem problemləri ilə əlaqədardır. Baş nazir, həmçinin “dövlətçiliyin inkişafına verdiyi töhfələrə və onun xahişini başa düşdüyünə görə” vəzifədən gedən rəsmilərə təşəkkürünü bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti