"Bayden Donald Trampa son “pisliyini” etdi"

   "Bayden Donald Trampa son “pisliyini” etdi"
  18 Noyabr 2024    Oxunub:296
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə "ATACMS" tipli uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib. Bu addım Ukrayna ordusunun Rusiyanın Kursk vilayəti ərazisindəki mövqelərini müdafiə hüququ ilə əsaslandırılıb.
Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə "ATACMS" taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir:

ABŞ Kiyevə Rusiya ərazilərinə zərbə endrimək üçün nə vaxt icazə verib? - VİDEO
"London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər. Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-Prezident Kamala Harris prezident seçilsəydi,

Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden Prezident seçilən Donald Trampa son “pisliyini” etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb.

O yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var. Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək.

Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti