Maliyyə naziri postu uğrunda Trampın komandasında mübarizə gedir
İki gün əvvəl is, həm də Donald Trampın yaxın çevrəsinə daxil olan sahibkar İlon Mask namizədlərin seçilməsi prosesinə açıq şəkildə müdaxilə edərək, “X” sosial şəbəkəsində Latniki dəstəkləməsi barədə yazısı yerləşdirib.
“Həmin gün Bessentin tərəfdarları onunla İlon Mask arasında telefon danışığı təşkil ediblər. Bundan sonra Latnik və Bessentin namizədliyinə şübhə etməyə başlayan Amerikanın yeni seçilmiş prezidentinin onların hər ikisini bu həftə "Mar-a-Laqo" malikanəsində görüşə dəvət edəcəyi gözlənilir”, - məsələnin təfərrüatlarını açıqlamayan “Bloomberg” agentliyi yazıb.
Materialda Trampın hələ ki, Maliyyə naziri postu üçün öz favoritinin adını açıqlamadığı və oyuna daha iki namizədi – Federal Ehtiyat Sisteminin (FES) idarə heyətinin keçmiş üzvü Kevin Uorşu “Apollo Global Management” investisiya şirkətinin rəhbəri milyardeк Mark Roueni daxil etdiyi bildirilir.
Digər potensial namizədlər arasında KİV-lər növbədə Donald Trampın ilk administrasiyasında ABŞ-nin Ticarət Nümayəndəsi Robert Laytxayzerin və Tennessi ştatından respublikaçı senator Bill Hagertinin adını çəkirlər.
Qeyd edək ki, hazırda ABŞ-nin Maliyyə naziri vəzifəsini Janet Yellen tutur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp Mlaiyyə mübarizə