Fransa : Ukraynadakı səfərbərlik görüntüləri dözülməzdir

      Fransa    :    Ukraynadakı səfərbərlik görüntüləri dözülməzdir
  19 Noyabr 2024    Oxunub:217
“Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan ukraynalıların Ukrayna Silahlı Qüvvələri sıralarına məcburi səfərbər edilməsini pisləyib.
AzVision.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenskinin rahatlıqla sülh tapa bildiyi vaxtda Ukrayna xalqının cəbhəyə necə göndərilməsini əks etdirən kadrlara baxmaq olar.

“Zelenski Trampın hakimiyyətə gəlməsindən bir neçə həftə əvvəl hər şeyi sınayır”- deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlməsinə bir neçə həftə qalmış hər şeyi etməyə çalışır, hətta bu, ölkə vətəndaşlarını qurban vermək deməkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti