BMT "narahat" olduğunu bildirib

   BMT    "narahat"    olduğunu bildirib
  20 Noyabr 2024    Oxunub:285
BMT-nin baş katibi Antonio Quterreşin ofisi Ukraynadakı müharibədə “vəziyyətin gərginləşməsindən narahat olduğunu” açıqlayıb.
AzVision.az xəbər verir ki, BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə belə bəyanatla çıxış edib.

“Hələ gərginlik bir tərəfə qalsın, BMT hər zaman bu bu münaqişənin davam etməsi faktından narahatlığını ifadə edir”, - Düjarrik Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Bryansk vilayətində yerləşən obyektə uzaqmənzilli ATACMS raketləri ilə hücumu ilə bağlı jurnalistlərin sualının cavabında deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Ukrayna   narahatlıq  





Xəbər lenti