Gürcüstan müxalifəti pauza götürür - VİDEO
Müxalifət liderlərindən biri Georgi Vaşadze etirazçıların polislə toqquşmaya getməyəcəyini və yollarda hərəkətə davam edəcəklərini deyib.
Vəziyyət sabitləşdikdən və polis Melikişvili prospektində iki cərgə kordon qurduqdan sonra müxalifətin daha bir lideri Zurab Caparidze etirazçılara aksiyanı bu formada davam etdirməyin mənası olmadığını bildirib. O, aksiya iştirakçılarını evə getməyə və sonrakı protest aksiyalarına hazırlaşmağa çağırıb.
- Onlar öz strategiyalarını dəyişdilər, Melikişvili prospektində yolu kəsməyimizə imkan verirlər. Deyirlər ki, bu, onlar üçün diskomfort yaratmır. Tədbiri onlara daha çox diskomfort yaradacaq başqa yerə keçirmək və ya etiraz forması barədə düşünmək qərarına gəldik”, - Caparidze vurğulayıb.
Georgi Vaşadze isə bildirib ki, qüvvələrin yenidən toplanması və “infrastruktur hazırlığı” üçün qısa fasilə lazımdır, çünki bəzi avadanlıq və çadırlar polis tərəfindən götürülüb.
Qeyd edək ki, dünən səhər saatlarında polis də vətəndaşları geri itələyərək, çadırları və barrikadaları yolun hərəkət hissəsindən götürüb və 16 nəfəri saxlayıb. Bu gecə isə etirazçıların dağıdılması zamanı həbslər baş verməyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Gürcüstan etirazlar pauza