Paşinyan xaç oğlunu nazir təyin edir

   Paşinyan xaç oğlunu nazir təyin edir
  20 Noyabr 2024    Oxunub:241
Ərazi idarəetmə və infrastruktur naziri vəzifəsində çalışmış Qnel Sanosyanı Ermənistanın Armavir vilayətinin qubernatoru David Xudatyan əvəz edəcək.
Bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat yayıb.

Xudatyan 2024-cü ilin yanvarından Armavir vilayətinin qubernatoru işləyir. Bundan əvvəl o, Armavir şəhərinin meri olub. Məmur Paşinyanın xaç oğlu sayılır.

Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək
Keçmiş nazir Qnel Sanosyan noyabrın 19-da vəzifəsindən uzaqlaşdırılıb. Noyabrın 18-də isə o, hökumətə istefa ərizəsini təqdim etdiyini açıqlamışdı.

Xatırladaq ki, noyabrın 17-də yerli KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryan və İstintaq Komitəsinin rəisi Argişti Kərəmyanın istefası barədə məlumatlar yayıb. Bazar ertəsi səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getməsi rəsmən məlum olub. Daha sonra isə digər məmurlar da istefa verdiklərini təsdiqləyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Nazir  





Xəbər lenti