NATO ölkələrinin raket zərbələrində iştirakı cəzasız qalmayacaq - Narışkin

   NATO ölkələrinin raket zərbələrində iştirakı cəzasız qalmayacaq    - Narışkin
  20 Noyabr 2024    Oxunub:225
"Ayrı-ayrı NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr vurmasını təmin etməsi cəzasız qalmayacaq".
Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəyə dair səbəblər siyahısını genişləndirməsi onu döyüş meydanında məğlub etmək imkanını faktiki olaraq aradan qaldırıb.

"Prezident Vladimir Vladimiroviç Putinin “Rusiya Federasiyasının nüvə çəkindiriciliyi sahəsində dövlət siyasətinin əsasları”na edilmiş dəyişikliklərlə bağlı bəyanatı Qərb tərəfindən ehtiyatla qarşılanıb. Onlar da başa düşürlər ki, Vladimir Putinin elan etdiyi düzəlişlər ABŞ və NATO-nun ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq səylərini əhəmiyyətli dərəcədə dəyərdən salır. Nüvə silahından istifadə üçün əsaslar siyahısının genişləndirilməsi faktiki olaraq döyüş meydanında Rusiya Silahlı Qüvvələri üzərində qələbənin mümkünlüyünü heçə endirir",- Narışkin deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti