Human Rights Watch Baydenin Kiyevə minalar verməsini pisləyib

   Human Rights Watch Baydenin Kiyevə minalar verməsini pisləyib
  21 Noyabr 2024    Oxunub:291
ABŞ-nin Kiyevə təhvil verəcəyi piyada əleyhinə minalar əhalinin daha çox fəsad görməsi prosesini artıracaq. Vaşinqton qərarına yenidən baxmalıdır.
Bu barədə qərargahı Nyu-Yorkda yerləşən Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı məlumat yayıb.

Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib
Məlumatda qeyd edilib ki, Jozef Baydenin administrasiyasının beynəlxalq səviyyədə qadağan edilmiş piyada əleyhinə minaları Ukraynaya göndərmək qərarı mülki insanların həyatını riskə atır.

Təşkilatın sözçüsü Meri Uerxem Vaşinqtonu məlum qərarı ləğv etməyə çağırıb.

Xatırladaq ki, Pentaqon bir neçə gün öncə ABŞ administrasiyasının Ukraynada amerika istehsalı piyada əleyhinə minalardan istifadəyə icazə verməsini təsdiqləyib. Qurum bəyan edib ki, söhbət qeyri-sabit minalardan gedir. İddia olunur ki, onlar quraşdırıldıqdan sonra maksimum iki həftə ərzində inert (Şarj müddəti bitdikdən sonra məhv və ya deaktiv olma-red.)olurlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Mina   Ukrayna  





Xəbər lenti