ABŞ səfirliyinin gözətçisi Rusiyaya casusluq edib

ABŞ səfirliyinin gözətçisi Rusiyaya casusluq edib
  22 Noyabr 2024    Oxunub:278
Norveçin Polis Təhlükəsizlik Xidməti (PST) ABŞ-nin Oslodakı səfirliyinin təhlükəsizlik xidmətində çalışan krallıq vətəndaşını Rusiya və İranın xeyrinə casusluqda şübhəli şəxs kimi saxlayıb.
AzVision.az xəbər verir ki, Norveçin Dövlət “NRK” tele-radio korporasiyası belə məlumat yayıb.

“PST dövlət sirlərinə qarşı kəşfiyyat fəaliyyətində cəhddə ittiham olunan Norveç vətəndaşını saxlayıb. Biz kifayət qədər geniş miqyaslı araşdırmanın başlanğıcındayıq. Amerika hakimiyyəti ilə sıx və yaxşı əməkdaşlığımız var. Bu şəxs Amerikanın təhlükəsizlik maraqlarını təhdid edən məlumatları ötürməyə hazırlaşıb. Onun casusluq fəaliyyətinə nəzarət edən “kuratoru” da olub”, - NRK Norveçin xüsusi xidmətinin şərhinin mətnindən sitat gətirir.

Günahını rədd edən şübhəli şəxsin vəkili bildirib ki, ittiham tərəfi şübhəlinin topladığı məlumatların Cinayət Məcəlləsinin müddəaları altına düşən strateji xarakter daşıdığını sübuta yetirməlidir.

Norveç qanunlarına görə, təqsirləndirilən şəxsi 13 ilə qədər həbs cəzası gözləyir. O, üçüncü ölkələrə qarşı casusluqda və Norveçin məxfi məlumatlarına çıxış əldə etməyə cəhddə ittiham olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Norveç   ABŞ   casusluq  





Xəbər lenti