Çində nəhəng qızıl yatağı tapılıb
Pintszyan əyalətindəki Vanqu yatağının altında 2 min metr dərinlikdə 300 ton qızıl ehtiyatı olan 40-dan çox qızıl damar aşkar edilib. Ərazidə habelə 3 min metr dərinlikdə də qızıl ehtiyatları var.
Filiz kəşfiyyatı üzrə mütəxəssis Çen Julin “Sinhua” agentliyinə bildirib ki, bir çox qaya özüllərində nəzərə çarpan qızıl tapılıb. 2 min m dərinlikdə bir ton filizdə isə maksimum 138 qram qızıl var idi.
Qeyd edək ki, Çində qızıl hasilatı çoxəsrlik tarixə malikdir. “Sina” qəzetinin yazdığına görə, bilavasitə Hunan əyalətində qərbdən şərqə tərsinə çevrilmiş “S” hərfi şəklində uzanan qızıl qurşaq mövcuddur.
Bölgədəki qızıl ehtiyatları son dərəcə zəngindir və uzun müddətdir ki, istismar olunur. Burada böyük qızıl mədənləri aşkarlanıb: 9 gövqəlnəhəng, 20 orta və 29 kiçik qızıl yataqları. Sübut edilmiş ehtiyatların ümumi həcmi 600 tona çatır.
Sahil İsgəndərov
AzVision.az