"Trampın qayıdışı dövlətləri hərəkətə gətirməlidir"

  "Trampın qayıdışı dövlətləri hərəkətə gətirməlidir"
  29 Noyabr 2024    Oxunub:377
Xəbər verdiyimiz kimi, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyinə söz verib. Çindən gətirilən mallara isə əlavə olaraq 10 faiz rüsum tətbiq edəcək.
Trampın bu addımlarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, o, Çini iki qonşusu – Meksika və Kanadadan fərqləndirmir:

"Tramp bu iki ölkədən ABŞ-yə “narkotiklərin və cinayətkarlığın misli görünməmiş səviyyədə daxil olduğunu" iddia edib. Onun sözlərinə görə, iki qonşusuna qarşı yüksək tariflər yalnız narkotik ticarəti və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək. Bu, Trampın Meksika və Kanadaya təzyiq alətidir. O hesab edir ki, Meksika və Kanada onun qaldırdığı problemləri həll etmək iqtidarındadırlar.

Trampın mövqeyini Rusiyanın pulları dəyişə bilər
Tramp Kanada və Meksika ilə yanaşı Çindən də ABŞ-yə narkotik maddələr daşındığı qənaətindədir. Donald Trampı narazı salan odur ki, adını çəkdiyi ölkələr onun Ağ Evin sahibi olduğu illərdə xəbərdarlıqlarını nəzərə almayıblar.

Misal üçün o deyib ki, Çinlə ABŞ-yə göndərilən böyük həcmdə narkotiklər, xüsusən də fentanil (sintetik opioid) haqqında çoxlu söhbətlər aparıb, ancaq bu danışıqların heç bir nəticəsi olmayıb. Trampın yenidən Ağ Evə qaydışı xəbərdar etdiyi dövlətləri hərəkətə gətirməlidir. Kanada, Meksika və Çin ABŞ-nin əsas ticarət tərəfdaşları olduğundan bu böyük bazarı itirmək istəməzlər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   DonaldTramp  





Xəbər lenti