Bildirilir ki, tarixi kilsənin restavrasiya prosesi Fransanın milli abidələr üzrə baş memarı Filipp Villnövün rəhbərliyində təqribən 1300 mütəxəssis tərəfindən həyata keçirilib.
Bərpa işlərinin ümumilikdə təqribən 700 milyon avroya başa gəldiyi diqqətə çatdırılır.
Məbəd dekabrın 7-də ictimaiyyətin ixtiyarına veriləcək.
Xatırladaq ki, 2019-cu ildə Notr-Dam kilsəsinə böyük ziyan verən yanğının dəqiq səbəbi heç vaxt aşkarlanmayıb. İş üzrə müstəntiqlərin qənaətincə, hadisə təsadüfən siqaret qığılcımından, yaxud elektrik sistemindəki qısaqapanmadan meydana gəlib.
Firudin Həmidli
AzVision.az