"Müttəfiqlər Kiyevin gələcəyi NATO-dadır fikri ilə razıdırlar" - Rütte

   "Müttəfiqlər Kiyevin gələcəyi NATO-dadır fikri ilə razıdırlar"    - Rütte
  03 Dekabr 2024    Oxunub:423
"NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir".
Bunu NATO-nun baş katibi Mark Rütte hərbi bloka üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel görüşü ərəfəsində deyib.

O, jurnalistlərin ittifaq ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olması ilə bağlı suallarını cavablandırarkən deyib: “Biz bu iki gün ərzində və ümumilikdə hazırda ehtiyac duyulan şeylərə diqqət yetirməliyik. Bunlar Ukraynaya hərbi yardımın çatdırılması. Bu son dərəcə vacib məsələdir!".

Bayden Kiyevin NATO-ya üzvlüyünü dəstəkləməyəcək - "AFP"
Rutte bir daha əvvəllər bəyan etdiyi fikrini təkrarlayaraq deyib ki, bütün müttəfiqlər “Ukraynanın gələcəyi NATO-dadır” fikri ilə razıdırlar.

“Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-daya bağlıdır. Həmçinin Ukraynanın NATO-ya DOĞRU gedən yolu da dönməzdir”, -o qeyd edib. Alyansın rəhbəri əlavə edib ki, təşkilat özü də Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır: "Bu, addım-addım baş verir".

Xatırladaq ki, bundan öncə AFP agentliyi ABŞ prezidenti Cozef Baydenin Kiyevin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini yazmışdı.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna  





Xəbər lenti