AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri
İrakli Kobaxidze deyib.
“Bu dörd il ərzində biz dörd inqilab cəhdindən keçdik. Milli maydanlar... Bu faktdır. 2022-ci ilin iyununda bizə Avropa Birliyinə üzvlüklə bağlı namizəd statusu verilməyən vaxtda milli maydan təşkil edildi və xaricdən maliyyələşən QHT-lər siyasi səhnəyə çıxıb, hökumətin istefasını, özlərinin isə hakimiyyətə gəlməsini tələb etdilər. 2023-cü ilin yazında milli maydanla bağlı ikinci cəhd oldu. 2024-cü ilin yazında üçüncü və indi də dördüncü uğursuz cəhdi gördük",- o, qeyd edib.
Qeyd edək ki, Gürcüstanın qərb yönümlü müxalifət qüvvələri noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıb. Onlar əsasən aksiya iştirakçılarını parlamentin binası qarşısına toplayır və ya mərkəzi Rustaveli prospektini bağlayırlar.
Tural Tağıyev
AzVision.az