Mərakeşdə rusiyalı diplomatı və arvadını döyüblər
Qeyd edilib ki, insident Kasablankadakı otelin yaxınlığında baş verib.
"Bir qrup taksi sürücüsü cütlüyə öz xidmətlərini təklif ediblərmiş Onlar daha sonra əcnəbilərin InDrive xidməti vasitəsilə sürücü gözlədiyini görüblər. Bu səbəbdən sürücülər narazılıqlarını bildiriblər. Cütlüyün Rusiyadan olduğunu anlayan taksi sürücüləri onlara hücum ediblər", - Mash yazıb.
Maraqlıdır ki, aqressiv mərakeşlilər cütlüyün gözlədiyi Kiprin "Suol Innovations LTD" şirkətinə məxsus taksi sürücüsünü də döyüblər. Daha sonra otel işçiləri çölə qaçaraq cinayətkarları ərazidən uzaqlaşdırıblar. Hadisə yerinə polis və təcili yardım çağırılıb, zərərçəkənlər özəl klinikaya aparılıblar. Dava salan sürücülər tapılaraq saxlanılıblar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Mərakeş