Tramp girovlarla iş üzrə xüsusi elçi təyin etdi

   Tramp girovlarla iş üzrə xüsusi elçi təyin etdi
  04 Dekabr 2024    Oxunub:360
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Adam Bouleri girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə təyin edib.
AzVision.az xəbər verir ki, Bouler Trampın ilk prezidentliyi dövründə yaradılmış ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının baş direktoru olub. Təcrübəli diplomat Taliban da daxil olmaqla müxtəlif qruplarla çətin danışıqlar aparıb.

“O, dünyanın ən sərt adamları ilə danışıb, amma bilir ki, heç kim ABŞ-dan və Tramp administrasiyasından daha sərt ola bilməz. Adam vətəndaşlarımızı evə qaytarmaq üçün yorulmadan çalışacaq”, – deyə Tramp Truth Social platformasında bildirib.

Tramp əlavə edib ki, Bouler İsrail ilə BƏƏ və Bəhreyn arasında imzalanmış 2020-ci il İbrahim Sazişlərinin əsas müzakirəçilərindən biri olub. Həmin sazişlərdən sonra Sudan və Mərakeş də İsraillə diplomatik əlaqələr qurdu. Bu müqavilələrə qədər İsrailin yalnız Misir və İordaniya ilə rəsmi əlaqələri mövcud idi.

AzVision.az



Teqlər: Tramp   Qəzza   elçi  





Xəbər lenti