Bəşər Əsəd ölüb?

      Bəşər Əsəd ölüb?
  08 Dekabr 2024    Oxunub:1507
Reuters yazır ki, Suriya prezidenti Bəşər Əsədin təyyarə qəzasında ölməsi ehtimalı yüksəkdir.
Bundan əvvəl agentlik Suriyada baş verən hadisələr fonunda prezident Əsədin silahlı müxalifət qüvvələri tərəfindən ələ keçirilən paytaxt Dəməşqi tərk etdiyini bildirmişdi.

Qeyd olunur ki, üsyançıların şəhəri ələ keçirməsi ilə təxminən eyni vaxtda Suriya Hava Qüvvələrinə məxsus təyyarə Dəməşq hava limanından havaya qalxıb. İçərisində Əsədin ola biləcəyi güman edilən təyyarə əvvəlcə sahilyanı rayonlardan birinə doğru uçub, daha sonra qəfil istiqamətini dəyişib və radarlardan itib.

Reutersin mənbələrinin sözlərinə görə, təyyarənin qəflətən istiqamətini dəyişərək xəritələrdən itməsinin səbəbi məlum olmadığı üçün qəzaya uğradığı güman edilir.

Bəzi məlumatlara görə, Əsəd gecə yarısı Rusiya bazasına uçub. Oradan Moskvaya gedəcəyi güman edilirmiş.

Qeyd edək ki, bazar günü, dekabrın 8-də yerli media Dəməşqin silahlı müxalifət qruplarının nəzarətinə keçdiyini yazıb.

Bir müddət əvvəl isə Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Bəşər Əsəd hökumətinin “yıxıldığını” elan edib. Xalqı "azad seçkilərə" çağıran baş nazir suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Bu arada, Suriya hərbçiləri Dəməşqin mərkəzini tərk ediblər. Hazırda Rusiya hərbi dəniz bazasının yerləşdiyi Tartus şəhərində müxalifət qüvvələrinin mitinqləri keçirilir, Əsədin büstləri qaldırılır.



Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti