Ukrayna sülh uğruna ərazilərini qurban verməli olacaq

   Ukrayna sülh uğruna ərazilərini qurban verməli olacaq
  08 Dekabr 2024    Oxunub:1338
Teleqraf: "Əgər Ukrayna gələn il Rusiya ilə münaqişəyə son qoymaq istəsə, ərazilərini qurban verməli olacaq".
Britaniyanın "The Teleqrapf" (Teleqraf) qəzeti Rusiya ilə Ukrayna arasında sülhün mümkün olub-olmayacağı ilə bağlı məqalə dərc edib. Məqalənin müəllifinin fikrincə, "Kiyevin öz ərazisini hərbi yolla geri qaytarmaq şansı demək olar ki, yoxdur və hətta ukraynalıların özləri buna əmin deyillər".

“Ukrayna 2025-ci ildə müharibəyə son qoymaq istəsə, çox güman ki, ərazisinin bir hissəsini qurban verməli olacaq”, materialda deyilir. Bunun ölkədə əmin-amanlığı təmin edəcəyi qeyd edilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Rusiya Xarici İşlər Nazirliyinin iyun kollegiyasında nəzərdə tutulan eyni şərtlərlə danışıqlara hazır olduğunu bəyan edib .

Sözügedən şərtlərə Ukrayna qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması, həmçinin Kiyevin NATO-ya üzvlükdən imtinası daxildir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti