Zelenski: "Xarici qoşunların yerləşdirilməsini nəzərdən keçirməyə hazırıq"

   Zelenski:    "Xarici qoşunların yerləşdirilməsini nəzərdən keçirməyə hazırıq"
  09 Dekabr 2024    Oxunub:952
Ukrayna prezidenti Vladimir Zelenski diqqət çəkən açıqlamalar verib.
O, deyib ki, Ukrayna Fransa prezidenti Emmanuel Makronun təklifini nəzərdən keçirməyə hazırdır. Söhbət NATO-ya qoşulmazdan əvvəl Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi təklifindən gedir.

Ukrayna sülh uğruna ərazilərini qurban verməli olacaq
Zelenski bu barədə Kiyevdə Almaniya Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzlə danışıqlaran əvvəl danışıb.

Ukraynanın dövlət başçısı bildirib ki, Parisdə Fransa prezidenti Emmanuel Makron və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla keçirdiyi görüş zamanı onlardan Ukraynanın NATO-ya üzvlüyünü qəbul edənə qədər hansı təhlükəsizlik təminatlarına malik olacağını soruşub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   NATO  





Xəbər lenti