Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı

   Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı
  09 Dekabr 2024    Oxunub:838
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) suriyalıların sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı BAMF-nin nümayəndəsinə istinadən məlumat yayıb.

Peskov: "Əsədə sığınacaq verilməsi Putinin qərarıdır"
Onun sözlərinə görə, Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi Suriyadakı mövcud vəziyyətlə əlaqədar dekabrın 9-da yerli əhalinin sığınacaq müraciətlərinə baxılmasını dərhal dayandıracağını bəyan edib.

Qurumun rəsmisi qeyd edib ki, hazırda Suriyada vəziyyət qeyri-müəyyəndir və hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq çətinləşib. Bu səbəbdən də daxil olan müraciətlərlə bağlı ciddi qərarlar qəbul etmək mümkün deyil.

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya  





Xəbər lenti