Hakan Fidan ilə Antonio Quterreş arasında telefon danışığı olub

   Hakan Fidan ilə Antonio Quterreş arasında telefon danışığı olub
  09 Dekabr 2024    Oxunub:817
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilı BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i ölkənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyanın siyasi nizamı və bərpası ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin Suriyada dayanıqlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və bu ölkənin yenidən qurulması istiqamətində atacağı mümkün addımları dəyərləndiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti