Türkiyə 11 ildən sonra Suriya ilə sərhəddə keçid məntəqəsini açır

   Türkiyə 11 ildən sonra Suriya ilə sərhəddə keçid məntəqəsini açır
  10 Dekabr 2024    Oxunub:711
Türkiyə ev sahib qismində qarşıladığı milyonlarla suriyalı miqrantın təhlükəsiz və könüllü qayıtmasını təmin etmək üçün Suriya ilə sərhəddə “Yayladağı” keçidini açacaq.
AzVision.az “Reuters” agentliyinə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanat verib.

“İstənilən tıxac yükünün qarşısını almaq və gediş-gəlişi asanlaşdırmaq üçün “Yayladağı” sərhəd-keçid məntəqəsini açırıq. Biz miqrantların könüllü qayıtması prosesini də idarə edəcəyik”, - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, sərhəd yaxınlığında döyüşlər səbəbindən bu sərhəd-keçid məntəqəsi 2013-cü ildən bağlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türjiyə   Suriya   sərhəd  





Xəbər lenti