“Artıq iki həftədir ki, düşmən Vremyevski istiqamətində kiçik qruplar şəklində hücum əməliyyatlarını xeyli gücləndirib. Orada hər gün 25, hətta 30 hücum baş verir. Düşmən həm tanklardan, həm də zirehli döyüş maşınlarından istifadə edir”, - onun sözlərindən “Strana” Telegram-kanalı sitat gətirir.
Ukrayna kəşfiyyatının məlumatına görə, Orexovo istiqamətində də analoji hazırlıq gedir. Orada Rusiya ordusu 2023-cü ildə Ukraynanın əks-hücum əməliyyatı zamanı itirdiklərini - Rabotino üzərində nəzarəti bərpa etməyə çalışacaq və hazırda ölkənin şərqindəki Zaporojye bölgəsində yerləşən Ukrayna qoşun qrupunun logistika marşrutlarını kəsmək üçün Orexovoya hərəkət edəcək.
- Orexovo istiqamətində şəxsi heyətin ön mövqelərə atılması artıq aparılır. Yəni tezliklə Rusiya orada da oxşar aksiyalara başlayacaq. Kəşfiyyat məlumatlarına görə, düşmən kifayət qədər çox sayda - yüzə qədər belə piyada hücum qruplarını ora atır”, - Vladimir Voloşin bildirib.
Bir neçə gün əvvəl Ukrayna hərbçiləri rusların Zaporojye istiqamətində genişmiqyaslı hücuma hazırlaşdıqlarını, şəxsi heyəti və texnikanı toplayıb yenidən qruplaşdırdıqlarını göstərən əlamətlərə diqqət çəkmişdilər.
Narışkin: "Ukrayna Silahlı Qüvvələri dağılmaq ərəfəsindədir" |
Sahil İsgəndərov
AzVision.az