Mühacirani: "Ümidvarıq ki, yeni rəhbərlik doğru mövqe tutacaq"

      Mühacirani:    "Ümidvarıq ki, yeni rəhbərlik doğru mövqe tutacaq"
  10 Dekabr 2024    Oxunub:624
"Rəsmi Tehran Suriyadakı prosesləri diqqətlə izləyir".
Bu sözləri İran hökumətinin sözçüsü Fatimə Mühacirani həftəlik mətbuat konfransında jurnalistlərə açıqlamasında söyləyib. O diqqətə çatdırıb ki, Suriyada Bəşər Əsəd rejimini devirən yeni rəhbərliyin "İsraildən uzaq durması İran üçün prioritetdir".

"Tehran Suriyaya yanaşmaya qərar verməzdən qabaq qalib müxalifətin gələcək davranışlarını, fəaliyyətini gözləyir. İran öz milli maraqlarına uyğun şəkildə bu ölkəyə maddi və hərbi yardım göstərib. Hərçənd devrilmiş prezident öz xalqı ilə sağlam əlaqə qura bilmədiyi, ordu isə onun uğrunda döyüşmək istəmədiyi üçün rejim süquta uğradı. Ümidvarıq ki, qarşıdakı hadisələr Suriya xalqına xeyir gətirəcək", - xanım sözçü vurğulayıb.

Dünən "Reuters" xəbər agentliyinə açıqlamasında İran hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi də vurğulamışdı ki, "əlaqələri sabitləşdirmək, regional gərginliyin qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə danışıqlara hazırıq".
Nadiri: "Suriyada İran əsgəri yoxdur"

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Suriya   vəziyyət  





Xəbər lenti