Suriyanın müxalifət lideri bəzi zabitlərlə bağlı qisas vəd etdi

   Suriyanın müxalifət lideri bəzi zabitlərlə bağlı  qisas vəd etdi
  10 Dekabr 2024    Oxunub:626
Suriyada hakimiyyəti ələ keçirən müxalifət yerli əhaliyə işgəncələr vermiş təhlükəsizlik xidməti və silahlı qüvvələrin zabitlərini məsuliyyətə cəlb etməyi planlaşdırır.
Rusiya mediasının yaydığı məlumata görə, bunu Suriya müxalifətinin lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa deyib.

Suriyanın Ermənistandakı səfirliyində yeni bayraq qaldırılıb
“Biz Suriya xalqına işgəncə verilməsi proseslırində iştirak edən cinayətkarları- təhlükəsizlik və ordu zabitlərini məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik!”, - müxalifət lideri bildirib.

Onun sözlərinə görə, hərbi cinayətkarlar təqib olunacaq, daha sonra onların qaçdıqları ölkələrdən ekstradisiyası tələb ediləcək.

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Əl-Şaraa onu da əlavə edib ki, yaxın vaxtlarda Suriyanın yeni hakimiyyət təmsilçiləri Bəşər Əsədin prezidentliyi dövründə insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinən yüksək rütbəli məmurların ilk siyahısını açıqlayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   Müxalifət   İşgəncə  





Xəbər lenti