İranda İsrailə qarşı hərbi əməliyyat müzakirə olunub

İranda İsrailə qarşı    hərbi əməliyyat    müzakirə olunub
  10 Dekabr 2024    Oxunub:597
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Hüseyn Səlami qapalı iclasda İran parlamentinin üzvləri ilə İsrailə qarşı gələcək hərbi əməliyyatları müzakirə edib.
AzVision.az bildirir ki, İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Nadiri belə açıqlama verib.

“Əsas müzakirə mövzusu İsrailin bölgədəki hərbi strategiyasının və İsrailə qarşı əməliyyatlarımızın araşdırılamsıl olub. Həmçinin təhlükəsizlik, kəşfiyyat və hərbi komponentlər baxımından regiondakı mövcud vəziyyət də müzakirə edilib”, - Nadiri “İSNA” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, SEPAH-ın Qüds Qüvvələrinin hərbi liderlərindən birinin də görüşdə iştirakı nəzərdə tutulsa da, o, tədbirə gələ bilməyib.

Nadiri: "Suriyada İran əsgəri yoxdur"
Qeyd edək ki, iranlı deputat “İSNA” agentliyinə hazırda Suriyada İran əsgərlətinin olmadığını da bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   İsrail   əməliyyatlar  





Xəbər lenti