Tramp milyarder dostunu Türkiyəyə səfir göndərəcək

   Tramp milyarder dostunu    Türkiyəyə    səfir göndərəcək
  11 Dekabr 2024    Oxunub:566
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bu ölkənin Türkiyədəki səfiri vəzifəsinə milyarder-investor Tomas Barrakın namizədliyini irəli sürüb.
AzVision.az xəbər verir ki, Donald Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Tom Barrakın Türkiyədəki növbəti səfirimizin olacağını elan etməkdən məmnunam”, - Ağ Evin gələcək rəhbəri yazıb.

Beləliklə, Donald Trampın özü də daxil olmaqla, yeni administrasiyada artıq 10 milyarder olacaq. Bir müddət əvvəl Amerikanın gələcək lideri milyarder və kosmos turisti Ayzekmanın namizədliyini ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə irəli sürəcəyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Barrak   Türkiyə  





Xəbər lenti